İraqın Rudaw televiziya kanalı bildirib ki, ABŞ-nin hava hücumundan müdafiə sistemi Bəhreynin paytaxtı Manamada pilotsuz təyyarənin hücumunu dəf edərkən səhvən yaşayış binalarını vurub.
İzmedia.az bildirir ki, telekanal sosial mediadan götürülmüş videonu yayımlayıb.
Videoda Patriot raketinin buraxılışdan sonra qəfildən yaşayış binalarının üzərinə düşdüyü göstərilir. Telekanalın məlumatına görə, “Patriot raketinin səhvən bir evə dəydiyi və nəticədə bir neçə nəfərin xəsarət aldığı güman edilir”.
Krallığın Səhiyyə Nazirliyinin məlumatına görə, bazar ertəsi gecəsi Sitra rayonunda baş verən insidentdə 32 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının Manama bazası hər bir raket tutucusunun qiyməti 4 milyon dollar olan Patriot hava hücumundan müdafiə sistemləri ilə silahlanıb.
İzmedia.az
![]()

