İİKK: Əlavə əmrlər verilənə qədər neft ixracı dayandırılıb

1 Min Read

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Sərdar Naini bildirib ki, ABŞ və müttəfiqlərinin təzyiqinə baxmayaraq, İran silahlı qüvvələri əlavə əmrlər verilənə qədər bölgədən bir litr belə neft ixracına icazə verməyəcək.

Naini deyib:

“Müharibənin gedişatı və nəticəsi artıq İranın əlindədir. Regionun nəticəsini amerikalılar yox, İran qüvvələri müəyyən edir”.

O əlavə edib ki, ABŞ prezidenti Donald Trampın İranın hərbi gücünün “sonuna yaxınlaşdığı” barədə iddiaları həqiqətə uyğun deyil. Hərbi və kommersiya gəmiləri də daxil olmaqla, bütün Amerika gəmiləri İran raketləri və dronlarından qorunmaq üçün 1000 kilometrdən çox məsafə saxlamağa məcburdur.

Naini həmçinin bildirib ki, İranın raketləri daha da güclü hala gəlib, döyüş başlıqlarının çəkisi artıq bir tonu keçib və düşmənin sursat ehtiyatları tükənmək üzrədir. ABŞ-ın Fars körfəzindəki əsas hərbi obyektlərinə ziyan dəydiyi vurğulanıb. O, ABŞ-ın neft qiymətlərini məhdudlaşdırmaq cəhdlərini müvəqqəti və səmərəsiz tədbirlər kimi qiymətləndirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş