Beynəlxalq Enerji Agentliyi neft qiymətlərini salmaq üçün rekord ehtiyat buraxılmasını təklif edib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Beynəlxalq Enerji Agentliyi (BEA) ABŞ-İsrail arasında İrana qarşı hərbi əməliyyatların yaratdığı neft qiymətlərini azaltmaq məqsədilə indiyə qədər ən böyük neft ehtiyatlarının çıxarılmasını təklif edib.

İzmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal martın 10-da məsələ ilə tanış olan rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, BEA təklif edir ki, ABŞ-İsrail müharibəsi səbəbindən kəskin artan xam neft qiymətlərini stabilləşdirmək üçün rekord həcmdə ehtiyatlar buraxılsın. Qəzet yazır ki, təklif olunan buraxılış 2022-ci ildə ehtiyatlardan çıxarılan 182 milyon bareldən çox neft həcminə bərabər olacaq. Mənbələr bildiriblər ki, bütün BEA üzv ölkələri təşəbbüsü yekdilliklə dəstəkləsə, son qərar 11 martda verilə bilər.

BEA-nın baş direktoru Fatih Birol martın 3-də agentliyin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar üzv ölkələrin təcili iclasını keçirəcəyini açıqlayıb. O bildirib ki, iclasda qaz və neft bazarlarındakı vəziyyət müzakirə olunacaq və iştirakçılar təchizatdakı fasilələrin aradan qaldırılması üçün mümkün tədbirləri nəzərdən keçirəcəklər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş