İran yaşayış obyektlərinə hücumlara görə ABŞ və İsraildən qisas alacaq – Ordu

1 Min Read

Tehran yaşayış məntəqələrinə hücumlarda mülki şəxslərin ölümü ilə bağlı ABŞ və İsraildən qisas alacaq.

İzmedia.az xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkarçi deyib.

DefaPress agentliyi onun sözlərini sitat gətirib:

“Onlara deyirəm ki, onların vəhşi hərəkətlərinə cavab olaraq dağıdıcı zərbələrimizi gözləsinlər, çünki biz tezliklə onlara qarşı ölümcül zərbələr endirərək qisas alacağıq”.

Şekarçi həmçinin bildirib ki, İran Körfəz ölkələrini ərazilərindəki ABŞ və İsrail hərbi obyektlərinin yerini açıqlamağa çağırır ki, Tehran “bölgədəki insanlardan canlı qalxan kimi istifadə edənlərə daha dəqiq zərbələr endirsin”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş