ABŞ-nin NATO-dakı nümayəndəsi: Rusiyanın İranı dəstəklədiyinə dair sübut yoxdur

1 Min Read

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Vaşinqtonun Rusiyanın Yaxın Şərqdə davam edən münaqişədə İranı dəstəklədiyinə dair heç bir sübutu yoxdur.

İzmedia.az xəbər verir ki, Uitaker bu barədə Fox Business kanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, “Rusların iranlılarla birlikdə iştirak etdiyinə dair ictimaiyyət qarşısında danışa biləcəyimiz heç bir əlamət yoxdur”.

Diplomat əlavə edib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkof rusların ona belə bir dəstək göstərmədiklərini bildirdiyini deyib.

Vitkof daha əvvəl CNBC kanalına açıqlamasında da Rusiyanın İrana kəşfiyyat məlumatları vermədiyini dediyini qeyd etmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş