Kirill Dmitriyev: ABŞ qlobal bazarın Rusiya nefti olmadan sabit qala bilməyəcəyini etiraf edib

1 Min Read

ABŞ faktiki olaraq qlobal enerji bazarının Rusiya nefti olmadan sabit qala bilməyəcəyini etiraf edib.

İzmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.

O, ABŞ-nin 12 martdan əvvəl tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarını sanksiyalardan azad etmək qərarını şərh edərkən Max mesencerində yazıb:
“ABŞ faktiki olaraq açıq bir həqiqəti etiraf edib: qlobal bazar Rusiya nefti olmadan sabit qala bilməz”.

Dmitriyevin sözlərinə görə, Vaşinqtonun bu qərarı hazırda tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftinə şamil ediləcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş