ABŞ və İsrail təyyarələri Tehranın şərq rayonlarına zərbələr endirib

1 Min Read

ABŞ və İsrail hərbi təyyarələri Tehranın şərq rayonlarına zərbələr endirib.

İzmedia.az bildirir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Tehran şəhərinin iki rayonunda partlayış səsləri eşidilib. Hazırda dağıntılar və ya tələfat barədə rəsmi məlumat verilməyib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Hücumlar nəticəsində Tehran da daxil olmaqla ölkənin bir sıra iri şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev əməliyyatı İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb.

Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. Həmçinin Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ərazilərində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirildiyi bildirilib.

ABŞ və İsrailin birgə hücumları nəticəsində İranın ali rəhbəri Əli Xamenei və bir sıra digər iranlı liderlərin öldüyü qeyd olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş