Rus tankeri “Arctic Metagas” Lampedusa sahillərinə üzür

1 Min Read

“Arctic Metagas” adlı rus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Lampedusa adası sahillərində üzür.

İzmedia.az xəbər verir ki, bu barədə İtaliyanın Rai 1 televiziya kanalı və X sosial şəbəkəsi məlumat yayıb.

Jurnalistlərin bildirdiyinə görə, tankerlərdə 900 ton yanacaq və iki çən mayeləşdirilmiş təbii qaz daşıyır.

“Il Messaggero” qəzetinin məlumatına görə, gəmi 277 metr uzunluqda, ciddi ziyan alıb və heyətsiz qalıb.

Tankerin külək və cərəyanların təsiri ilə təhlükəli trayektoriya üzrə Lampedusa sularına doğru üzməsi ciddi narahatlıq doğurur. Hazırda sahil mühafizəsi və aidiyyəti qurumlar vəziyyəti izləyir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş