ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat Yaxın Şərqdə zorakılığın artmasına səbəb olub.
İzmedia.az xəbər verir ki, bunu Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Diplomat Politika qəzetinə müsahibəsində qeyd edib ki, ABŞ-İsrail arasında İrana qarşı həyata keçirilən təcavüz nəticəsində ölənlərin sayı yüzlərlədir və mühüm mülki infrastruktur obyektləri ciddi ziyan görüb.
“Reallıq budur ki, ABŞ-İsrail arasında İrana qarşı təcavüz nəticəsində ölənlərin sayı yüzlərlədir və vacib mülki infrastruktur obyektləri düzəlməz ziyan çəkir. Əslində, Vaşinqton və Təl-Əviv Yaxın Şərqdə görünməmiş zorakılıq dalğasına səbəb olublar”, – deyə Nebenzya bildirib.
İzmedia.az
![]()

