İran Silahlı Qüvvələri tərəfindən düşmən hədəflərinə qarşı yeni raket hücumlarının həyata keçirildiyi bildirilir.
İzmedia.az bildirir ki, məlumatı Tasnim xəbər agentliyi yayıb.
Hazırda ABŞ və ya İsrail ərazisində hansı konkret obyektlərin hədəf alındığına dair rəsmi məlumat açıqlanmayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin bir sıra iri şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumları İrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsrail ərazisindəki obyektlərə qarşı əməliyyat başladığını elan edib. Eyni zamanda Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən ABŞ hərbi bazalarına da zərbələr endirildiyi bildirilir.
Bundan əlavə, Ayətullah Əli Xamenei və bir sıra digər İran rəsmilərinin ABŞ-İsrail birgə hücumları nəticəsində həlak olduğu qeyd olunur.
İzmedia.az
![]()

