AFP-nin məlumatına görə, ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail və Livan arasında danışıqların növbəti mərhələsi başlayır. Beyrut tərəfi vasitəçilik prosesində iştirak etməyə hazırlaşır və yaxın günlərdə başa çatacaq atəşkəs rejiminin daha bir ay uzadılmasını təklif edir.
Məlumata görə, adı açıqlanmayan Hizbullah nümayəndəsi təşkilatın ABŞ-ın vasitəçiliyi ilə aparılan dolayı danışıqlara razı ola biləcəyini bildirib.
Gideon Sa’ar isə qeyd edib ki, Təl-Əvivin Livanla ciddi fikir ayrılıqları yoxdur və əsas maneə kimi Hizbullah göstərilir.
10 günlük atəşkəs dövrünə baxmayaraq, tərəflər arasında bir sıra pozuntular qeydə alınıb. Livan ərazisinə endirilən zərbələr və mülki itkilər, o cümlədən jurnalist Amal Xəlilin ölümü barədə məlumatlar yayılıb. Livan rəsmilərinin bildirdiyinə görə, mart ayından bəri davam edən gərginlik nəticəsində ölənlərin sayı ən azı 2454 nəfərə çatıb.
İzmedia.az
![]()

