Qlobal iqtisadiyyat Rusiyanın enerji və xammal təchizatı olmadan fəaliyyət göstərə bilməz.
İzmedia.az xəbər erir ki, bunu Alis Vaydel keçirdiyi mətbuat konfransında bildirib.
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri qeyd edib ki, Fars körfəzindəki qeyri-sabit vəziyyət fonunda nə qlobal iqtisadiyyat, nə də Almaniya Rusiyadan uzunmüddətli enerji və xammal tədarükündən imtina edə bilməyəcək.
Yaxın Şərqdəki vəziyyətə də toxunan Alis Vaydel ABŞ-ı tənqid edib. Onun sözlərinə görə, Vaşinqton mövcud böhrandan çıxış strategiyasını və gələcək inkişaf ssenarilərini kifayət qədər nəzərə almayıb.
İzmedia.az
![]()

