Pentaqon İranın kosmik proqramının “məhv edildiyini” bildirib

1 Min Read

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəisi general Qreqori Qiylot bildirib ki, İranın kosmik proqramı ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində məhv edilib.

O, İranın hazırda ABŞ-yə çata biləcək qitələrarası ballistik raket (ICBM) hazırlamaq üçün heç bir yolu olmadığını söylədi.

“Tehranın vətəni təhdid edən qitələrarası ballistik raket inkişaf etdirmək üçün ən uyğun yolu, ehtimal ki, kosmik buraxılış proqramının məhv edilməsi ilə aradan qaldırılıb”, – deyə Gilyot ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində bildirib.

Giyot həmçinin Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) rəhbərlik edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş