Heratda silahlı hücum: 7 nəfər öldürülüb

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

“Ariana News” Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kaniniyə istinadən xəbər verir ki, motosikletlə hərəkət edən naməlum silahlı şəxslər Herat əyalətinin İncil rayonunda yerləşən parkda istirahət edən insanlara atəş açıblar.

İzmedia.az bildirir ki, nəticədə 7 nəfər ölüb.

Hadisənin Qabarzun kəndində baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, hücum edənlər əvvəlcə kişiləri izdihamdan ayıraraq onların arvad və uşaqlarının gözü qarşısında öldürüblər. Qaçmağa çalışan qadınların da güllələndiyi qeyd olunur. Məlumata əsasən, qurbanlar arasında uşaqlar da var.

Bildirilir ki, ölən və yaralanan şəxslər şiə Seyid Məhəmməd Ağa ziyarətgahına səfər edən və daha sonra yerli parkda vaxt keçirən insanlardır.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş