Rusiya Kubaya sarsılmaz dəstəyini təsdiqləyib

1 Min Read

Rusiya Xarici İşlər Nazirliyi Kuba ətrafındakı böhranla bağlı açıqlama verərək, Moskvanın Kuba hökuməti və xalqına sarsılmaz dəstəyini bir daha təsdiqlədiyini və ada ətrafında artan gərginlikdən dərin narahatlıq keçirdiyini bildirib.

Nazirlik qeyd edib:

“Kuba ətrafında gərginliyin artması və ABŞ-ın Azadlıq Adasına tətbiq etdiyi xarici təzyiq bizi çox narahat edir. Süni şəkildə qızışdırılmış qarşıdurma fonunda Rusiya Kuba hökuməti və xalqı ilə həmrəyliyini bir daha təsdiqləyir. Biz suveren dövlətin daxili işlərinə müdaxiləni, hədə-qorxu və qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirləri qətiyyətlə pisləyirik.”

Bəyanatda həmçinin vurğulanıb ki, Kuba uzun müddətdir ABŞ-nin tətbiq etdiyi ticarət, iqtisadi, maliyyə və son zamanlar enerji embarqosunun birbaşa nəticəsi olan çətinliklərlə üzləşir.

Xarici İşlər Nazirliyi bildirib:

“Azadlıq, müstəqillik və sosial ədalət prinsiplərinə sadiqliyini, eləcə də xarici təhdidlər qarşısında dözümlülüyünü və cəsarətini dəfələrlə nümayiş etdirən Kuba xalqı öz inkişaf yolunu seçmək hüququnu müdafiə edə biləcək. Öz tərəfimizdən Kubaya lazımi dəstəyi, o cümlədən maliyyə yardımını göstəririk və göstərməyə davam edəcəyik.”

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş