Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya gəmiçilik şirkətlərinə qarşı sanksiyaların tətbiqi və Rusiya karbohidrogenlərini daşıyan gəmilərin “kölgə donanması” kimi tanınması beynəlxalq hüququ pozur.
O, brifinqdə qeyd edib ki, Rusiya gəmiçilik şirkətlərinin sanksiya siyahılarına salınması, Rusiya bayrağı altında üzən gəmilərin limanlara girişinə qadağa qoyulması və xarici bayraq altında üzən, lakin Rusiya karbohidrogenləri daşıyan gəmilərin kölgə donanması kimi təyin edilməsi 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına ziddir.
Zaxarova əlavə edib ki, Qərb təhlükəsizlik qüvvələrinin səlahiyyətlərini artırmaq üçün hüquqi çərçivəni öz maraqlarına uyğun şəkildə dəyişməyə çalışır. Onun sözlərinə görə, bəzi ölkələr — Estoniya, Polşa, Finlandiya və Hollandiya — dəniz təhlükəsizliyini təmin etmək adı ilə qanun layihələri hazırlayır və qəbul edir ki, bu da naviqasiya azadlığını qanunsuz şəkildə məhdudlaşdırmağa yönəlib.
İzmedia.az
![]()

