Rusiyanın “Şimal Döyüş Qrupu”nun artilleriya bölmələri son bir həftə ərzində Xarkov və Sumı vilayətlərində 1000-dən çox Ukrayna hədəfini məhv edib.
İzmedia.az xəbər verir ki, bu barədə döyüş qrupundan TASS-a məlumat verilib.
Məlumata görə, Rusiya qüvvələri Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə mərkəzlərini, sursat və yanacaq-sürtkü materialları anbarlarını, eləcə də şəxsi heyəti hədəfə alıb.
Bildirilir ki, artilleriya bölmələri döyüş tapşırıqlarını yerinə yetirərkən çay keçid məntəqələrinə və komanda idarəetmə məntəqələrinə də dəqiq zərbələr endirib.
Eyni zamanda, “Qrad”, “Tornado” və “Uragan” yaylım atəşli reaktiv sistemlərinin ekipajları canlı qüvvə cəmləşmələrinə, hərbi texnikaların dayanacaqlarına və müvəqqəti yerləşmə məntəqələrinə zərbələr həyata keçirib.
Qrupun açıqlamasına əsasən, “Krasnopol” idarə olunan artilleriya sursatlarından istifadə olunmaqla 300-dən çox hədəf dəqiq vurulub.
İzmedia.az
![]()

