ABŞ Dövlət Katibi Marko Rubio cümə axşamı jurnalistlərə açıqlamasında bildirib ki, İran beynəlxalq naviqasiyaya təhlükə yaratmağı dayandırdığı halda, Hörmüz boğazından keçən gəmiçilik yenidən açıla bilər.
O qeyd edib ki, “İran qlobal gəmiçiliyi təhdid etməyi dayandırsa, Hörmüz boğazı sabah açıla bilər”. Rubio bu məsələdə ABŞ-ın quru əməliyyatının mümkünlüyü ilə bağlı sualı isə cavabsız qoyub.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyata başladığı bildirilir. Tehran da daxil olmaqla İranın bir sıra böyük şəhərləri zərbələrə məruz qalıb. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə zərbələr endirib.
İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və onları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarı verib. Münaqişə zamanı icazəsiz keçən bəzi tankerlərə hücum edilib. Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, dost ölkələrə — o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistana Hörmüz boğazından keçməyə icazə verilir.
İzmedia.az
![]()

