İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Guterres ilə telefon danışığında bildirib ki, Birləşmiş Millətlər Təşkilatı BMT Nizamnaməsini pozan dövlətlərin məsuliyyətə cəlb olunmasında israr etməlidir.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Əraqçi BMT-nin və onun baş katibinin təcavüzü qəti və birmənalı şəkildə pisləmək və təcavüzkarları BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq məsuliyyətə cəlb etmək kimi öhdəlikləri olduğunu vurğulayıb.
Nazir həmçinin beynəlxalq ictimaiyyəti regionda və Hörmüz boğazında təhlükəsizliyə təhdidin əsas səbəbi kimi ABŞ-İsrail hərbi əməliyyatlarını nəzərə almağa çağırıb.
Bildirilib ki, İran Hörmüz boğazının sahil dövləti kimi beynəlxalq hüquqa uyğun olaraq, təcavüzkar tərəflərə məxsus və ya onlarla əlaqəli gəmilərin və onların bu aktlarda iştirak edənlərinin tranzitinin qarşısını almaq hüququna malik olduğunu qeyd edib.
İzmedia.az
![]()

