İsfahanda əyləncə parkına zərbə endirildiyi bildirilir

1 Min Read

İsrail və ABŞ İranın mərkəzində yerləşən İsfahan şəhərindəki əyləncə parkına zərbə endirib.

Məlumata görə, şəhərdə hava hücumundan müdafiə sistemləri növbəti mümkün hücumlara qarşı tam hazırlıq vəziyyətinə gətirilib. Hadisə nəticəsində itki və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə və regiondakı ABŞ hərbi bazalarına zərbələr endirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş