Ukrayna dronları Rusiyanın Belqorod vilayətinə hücum edib

1 Min Read

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın həmsərhəd Belqorod vilayəti ərazisinə təxminən 150 dronla hücum edib.

İzmedia.az xəbər verir ki, bu barədə regional böhranlara cavab mərkəzi məlumat yayıb.

Məlumata görə, Belqorod rayonunda 28 dron müxtəlif yaşayış məntəqələrinə və kəndlərə zərbələr endirib. Hücumlar nəticəsində bir sıra yaşayış evləri, avtomobillər və müəssisələrə ziyan dəyib. Bildirilib ki, 14 dron vurulub və zərərsizləşdirilib.

Qeyd olunur ki, bəzi kəndlərdə fərdi evlər, kommersiya obyektləri və nəqliyyat vasitələri zərər görüb. Həmçinin müxtəlif rayonlarda qaz boru kəməri, elektrik xətləri və anbarlara da ziyan dəydiyi bildirilib.

Bəyanata əsasən, Şebekinski rayon ərazisində baş verən hücumlar nəticəsində yaralananlar da var. Dron partlayışları zamanı bir qadın, eləcə də daha iki nəfər müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, bəzi ərazilərdə ümumilikdə 32 dronun hücumu qeydə alınıb, digər rayonlarda isə dronlar vurularaq zərərsizləşdirilib. Rəsmi məlumatlara görə, ümumilikdə hücumlar nəticəsində mülki infrastruktur zərər görüb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş