Putin Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcək

1 Min Read

Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası-nın yenidən seçilmiş sədri Ella Pamfilova ilə görüş keçirməyi planlaşdırır.

İzmedia.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bildirib.

Peskovun sözlərinə görə, bu görüş artıq planlaşdırılıb.

Pamfilova Rusiyanın Mərkəzi Seçki Komissiyasına üçüncü müddətə seçilən ilk sədr olub. O, bu vəzifəni 2016-cı ildən icra edir.

Qeyd edək ki, bundan əvvəl Aleksandr Veşnyakov və Vladimir Çurov iki müddət bu vəzifədə çalışıblar. MSK-nın ilk sədri Nikolay Ryabov olub, onu isə 1996-cı ildə Aleksandr İvançenko əvəz edib.

Pamfilova bu vəzifəyə təyin olunmazdan əvvəl insan hüquqları sahəsində müxtəlif yüksək vəzifələrdə çalışıb, o cümlədən Prezident yanında müvafiq komissiyalara rəhbərlik edib və ombudsman kimi fəaliyyət göstərib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş