Moskva Ukrayna üzrə danışıqları bərpa etməyə hazırdır

1 Min Read

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Ukrayna üzrə növbəti danışıqların konkret tarixləri hələ təsdiqlənməyib.

İzmedia.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə açıqlamasında deyib.

Rudenkonun sözlərinə görə, müxtəlif səbəblərdən Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar dayandırılıb və hazırda onların bərpası üçün dəqiq tarix müəyyən edilməyib.

Bununla belə, o qeyd edib ki, Moskva danışıqları Ankoric sammiti çərçivəsində əldə olunmuş Rusiya-ABŞ razılaşmaları əsasında bərpa etməyə hazırdır.

Diplomat həmçinin vurğulayıb ki, Avropa İttifaqı-nın mövqeyi danışıqlar prosesinə mənfi təsir göstərir. Onun sözlərinə görə, Aİ əvvəlcədən iştirak etmədiyi heç bir razılaşmanı qəbul etməyəcəyini bəyan edib və bu yanaşma irəliləyişə mane olur.

Rudenko əlavə edib ki, hazırda Aİ tərəfindən münaqişənin erkən həllinə töhfə verəcək konstruktiv təşəbbüslər müşahidə olunmur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş