The Hill qəzetinin Massaçusets Universiteti tərəfindən keçirilən sorğuya istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp-ın reytinqi yeni minimum səviyyəyə düşüb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 33%-i Respublikaçı prezidentin fəaliyyətini bəyənir, 62%-i isə onun siyasətindən narazıdır. Eyni zamanda, iştirakçıların 53%-i ölkənin mövcud siyasətindən “kəskin narazı” olduğunu bildirib.
Xarici siyasət sahəsində də oxşar vəziyyət müşahidə olunur. Sorğuya görə, amerikalıların cəmi 29%-i Trampın İrana qarşı siyasətini dəstəkləyir, 63%-i isə ABŞ-ın Yaxın Şərqdəki siyasətinə mənfi yanaşır.
İzmedia.az
![]()

