Vladimir Putin Beynəlxalq Nəqliyyat və Logistika Forumunun iştirakçılarına videomüraciətində Yaxın Şərqdəki münaqişənin enerji bazarlarına birbaşa təsir etdiyini bildirib.
Rusiya Prezidenti qeyd edib ki, İranda baş verən hadisələr Hörmüz boğazı üzərindən neft və qaz daşınmasına təsir göstərir. Onun sözlərinə görə, bu şəraitdə ölkələr və şirkətlər daha sabit və təhlükəsiz nəqliyyat marşrutlarına üstünlük verməyə başlayır.
Putin əlavə edib ki, Rusiya dünyaya alternativ və daha etibarlı logistika həlləri təklif edə bilər. O vurğulayıb ki, mövcud beynəlxalq şəraitdə təchizat zəncirlərinin təhlükəsizliyi və böhranlara davamlılığı daha da önəm qazanır.
Rusiya liderinin fikrincə, ölkəsinin logistika marşrutları həm nəqliyyat müddətinin azaldılması, həm də qlobal ticarət axınlarının şaxələndirilməsi baxımından faydalı ola bilər.
İzmedia.az
![]()

