ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İrana qarşı həyata keçirilən əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır.
ABŞ lideri televiziya vasitəsilə xalqa müraciətində deyib: “Silahlı qüvvələrimiz fövqəladə olub. Hərbi cəhətdən heç vaxt belə bir şey olmayıb. Hamı bu barədə danışır və bu gecə məmnuniyyətlə deyə bilərəm ki, bu əsas strateji məqsədlər tamamlanmaq üzrədir”.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın iri şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu isə İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan edib. Bununla yanaşı, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına da zərbələr endirilib. ABŞ-İsrail birgə hücumları nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin və bəzi digər İran liderlərinin öldürüldüyü bildirilib.
İzmedia.az
![]()

