Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Misir respublika ərazisində taxıl və enerji mərkəzinin yaradılması məsələsini müzakirə edə bilərlər.
Kremldə Misirin xarici işlər naziri Bədr Əbdülətti ilə görüşdə Putin qeyd edib ki, iki ölkə arasında bir çox planlar mövcuddur və onların əhəmiyyətli hissəsi artıq həyata keçirilib.
Putin vurğulayıb: “Misirdə taxıl və enerji mərkəzinin yaradılmasını müzakirə edə bilərik”.
İzmedia.az
![]()

