İran dövlət televiziyasının yaydığı məlumata görə, ölkənin Baş Qərargahı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsinin İslam Respublikasının mərkəzi hissələri üzərində vurulduğunu açıqlayıb.
Açıqlamada bildirilir ki, “ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsi vurularaq İranın mərkəzi səmasında qəzaya uğrayıb. Buna İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qabaqcıl hava hücumundan müdafiə sistemi vasitəsilə nail olunub”.
Hərbçilər əlavə ediblər ki, ilkin qiymətləndirməyə əsasən, ekipajın katapultasiya etməsi ehtimalı azdır.
İzmedia.az
![]()

