İndoneziyada Semeru vulkanı püskürüb

1 Min Read

Jakarta Globe qəzetinin müşahidə məntəqələrinə istinadən verdiyi məlumata görə, İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı püskürüb.

Püskürmə zamanı vulkan külü kraterdən təxminən 1100 metr yüksəklikdə (dəniz səviyyəsindən 4776 metr) havaya qalxıb və orta intensivliklə cənub istiqamətində yayılıb. İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi yerli sakinləri və turistləri lava və piroklastik axınlar riskinə görə kraterdən 8 kilometr radiusda uzaq durmağa çağırıb.

Semeru İndoneziyada dördüncü ən yüksək vulkan hesab olunur (dəniz səviyyəsindən 3676 metr) və Yava adasının ən yüksək zirvəsidir.

Dünyanın ən böyük arxipelaqlarından biri olan İndoneziya 18 minə yaxın adadan ibarətdir və Sakit okeanın Alov Həlqəsi bölgəsində yerləşir. Bu səbəbdən ölkə yüksək seysmik aktivliyə malikdir. İndoneziyada ümumilikdə 500-dən çox vulkan mövcuddur ki, onlardan təxminən 130-u aktiv sayılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş