Türkiyə şirkəti Kubaya üzən elektrik stansiyası göndərib

1 Min Read

“Karpowership” Kubanın enerji təminatını gücləndirmək üçün adaya üzən elektrik stansiyası göndərib.

NTV-nin məlumatına görə, “Belgin Sultan” adlı ixtisaslaşmış gəmi artıq Havana limanında lövbər salıb.

Məlumata əsasən, Kubada elektrik sistemi ciddi böhran yaşayır. Bu vəziyyət ABŞ-ın ölkəyə yanacaq tədarükünə tətbiq etdiyi embarqo ilə əlaqələndirilir. Nəticədə həm əhali, həm də müəssisələr elektrik çatışmazlığı ilə üzləşib, hava limanlarının fəaliyyəti isə məhdudlaşıb. Aviasiya yanacağının çatışmazlığı bir sıra aviaşirkətlərin adaya uçuşları azaltmasına səbəb olub.

“Belgin Sultan” gəmisi mayeləşdirilmiş təbii qaz və ya dizel yanacağı ilə işləyə bilir və 76 meqavatadək elektrik enerjisi istehsal etmək gücünə malikdir. Karpowership müxtəlif ölkələrdə oxşar üzən elektrik stansiyaları ilə enerji təchizatı xidmətləri göstərir. Şirkət hazırda Kot-d’İvuar, Qana, Mozambik, Seneqal, Braziliya və Dominikan Respublikası kimi ölkələrdə fəaliyyət göstərir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş