MarineTraffic analitik xidmətinin məlumatına görə, atəşkəs elan edildikdən sonra Hörmüz boğazından ilk gəmilər keçməyə başlayıb.
Şirkətin sosial media açıqlamasında bildirilir ki, bu gün boğazdan iki gəmi – NJ Earth tankeri və Liberiya bayrağı altında üzən Daytona Beach keçib.
Açıqlamada qeyd olunub: “Atəşkəs elan edildikdən sonra Hörmüz boğazında gəmi hərəkətliliyinin ilk əlamətləri müşahidə olunur. Atəşkəs strateji su yolunun danışıqlar üçün müvəqqəti açılmasını nəzərdə tutur”.
Şirkətin məlumatına görə, bölgədə hələ də yüzlərlə gəmi mövcuddur. Bunlara 426 tanker, həmçinin 34 mayeləşdirilmiş neft qazı (LPG) və 19 mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcısı daxildir. Bildirilir ki, onların bir çoxu gəmiçilikdə yaranmış fasilələr səbəbindən bölgədə “tələyə düşüb”.
İzmedia.az
![]()

