Moskvada Kosmik Həftə çərçivəsində Rusiya Kosmik Forumu keçiriləcək

1 Min Read

Rusiya paytaxtı Moskva şəhərində cümə axşamı günü ilk insanın kosmosa uçuşunun 65-ci ildönümünə həsr olunan Kosmik Həftə çərçivəsində Rusiya Kosmik Forumu keçiriləcək.

Forum Rusiya Milli Mərkəzində baş tutacaq. Tədbirin əsas məqsədi kosmik sənaye iştirakçıları arasında açıq dialoq platforması yaratmaqdır. Rusiya hökumətinin və dövlət korporasiyalarının nümayəndələri, beynəlxalq tərəfdaşlar, investorlar, alimlər və mühəndislər birbaşa ünsiyyət imkanı əldə edəcəklər. Forumda 40 ölkədən nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində beş tematik istiqamət üzrə 13 sessiya, həmçinin xarici tərəfdaşların iştirakı ilə “Kosmik Gündəm 2030+: Qlobal çağırışlar və milli strategiyalar” adlı plenar müzakirə keçiriləcək. Əsas məruzəçilər arasında Roskosmosun baş direktoru Dmitri Bakanov, Çin Milli Kosmik Administrasiyasının direktor müavini Bian Çjiqanq, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı nümayəndəsi C. Əsir Pakiaraj və BƏƏ Kosmik Agentliyinin baş direktor müavini İbrahim Əl Qasim yer alır. Forumda həmçinin Zimbabve, Serbiya, Cənubi Afrika və Birləşmiş Millətlər Təşkilatı nümayəndələri iştirak edəcəklər.

2026-cı il Kosmik Həftəsi Yuri Qaqarinin tarixi uçuşunun 65-ci ildönümünə həsr olunub. Rusiyada ilk Kosmik Həftə 6–12 aprel 2026-cı il tarixlərini əhatə edir. Rusiya prezidenti bu illik tədbirin təsis edilməsi haqqında fərmanı 29 dekabr 2025-ci ildə imzalayıb. Proqramın təşkilinə Roskosmos cavabdehdir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş