Orban Rusiya ilə gizli əməkdaşlıq müqaviləsi imzalayıb: Politico

1 Min Read

Politico-nun məlumatına görə, Macarıstan hökuməti Rusiya ilə iqtisadi, ticarət, enerji və mədəni sahələrdə əlaqələri genişləndirmək üçün 12 maddəlik əməkdaşlıq planı imzalayıb.

Saziş ötən ilin dekabrında Peter Sijjarto və Mixail Muraşko arasında Moskvada keçirilən danışıqlardan sonra bağlanıb. Plan nüvə yanacağı, enerji, təhsil, idman və digər sahələri əhatə edir.

Sənədlərdə həmçinin Ukrayna ilə müharibəyə görə Avropa İttifaqınin Rusiyaya tətbiq etdiyi sanksiyaların yaratdığı ticarət məhdudiyyətlərinin yumşaldılması və əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Razılaşmaya əsasən, Rusiya şirkətləri Macarıstanda enerji layihələrində iştirak edə bilər, o cümlədən elektrik enerjisi, hidrogen, neft, qaz və nüvə sahələrində əməkdaşlıq genişlənir. Bundan əlavə, rus dilinin tədrisinin gücləndirilməsi, müəllim mübadiləsi və akademik proqramların inkişafı da planlaşdırılır.

Macarıstan rəsmiləri bildiriblər ki, ölkənin xarici siyasəti milli maraqlara əsaslanır və bu əməkdaşlıq Avropa İttifaqı qarşısında öhdəliklərə zidd deyil.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş