ABŞ-nin keçmiş dövlət katibi Con Kerri bildirib ki, Binyamin Netanyahu tərəfindən İrana hücumla bağlı təqdim olunan planı yalnız Donald Trump qəbul edib.
Kerri qeyd edib ki, Netanyahu əvvəlki ABŞ administrasiyaları dövründə də oxşar planlar təqdim etmişdi: “Barack Obama bu planı rədd etdi”, – deyə o bildirib.
Keçmiş dövlət katibinin sözlərinə görə, Joe Biden və George W. Bush da daxil olmaqla digər ABŞ prezidentləri də belə hərbi planlara qarşı çıxıblar.
Con Kerri vurğulayıb ki, Tramp İrana qarşı hücum planını qəbul edən yeganə ABŞ prezidenti kimi tarixə düşüb.
Siyasi analitiklərin fikrincə, ABŞ prezidentləri müxtəlif dövrlərdə İranla genişmiqyaslı hərbi münaqişənin risklərini nəzərə alaraq bu cür addımlardan çəkiniblər.
İzmedia.az
![]()

