Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov bildirib ki, Moskva Pakistanda ABŞ və İran arasında aparılan danışıqların məhsuldar olacağına ümid edir.
O, “İzvestiya” qəzetinə açıqlamasında qeyd edib ki, “Hamı ümidlərini hazırda Pakistanın vasitəçiliyi ilə davam edən danışıqlara bağlayır. Ümid edirik ki, onlar məhsuldar olacaq. BMT Təhlükəsizlik Şurasındakı növbəti addımlarımız vəziyyətin necə inkişaf etməsindən və əldə edilə biləcək mümkün razılaşmalardan asılı olacaq”.
Alimov əlavə edib ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çıxışında Rusiya və Çin tərəfindən birgə təqdim edilən qətnamə layihəsini elan edib. Onun sözlərinə görə, hazırda bu sənəd BMT Təhlükəsizlik Şurasında müzakirə olunur.
“Hazırda irəli sürdüyümüz yeganə təşəbbüs budur. Növbəti addımlarımızı vəziyyətin inkişafına uyğun müəyyən edəcəyik”, – deyə Alimov vurğulayıb.
İzmedia.az
![]()

