Pakistan Xarici İşlər Nazirliyi İran nümayəndə heyətinin İslamabada gəlişini təsdiqləyib və Tehranla Vaşinqton arasında konstruktiv danışıqların aparılacağına ümid etdiyini bildirib.
Nazirliyin “X” platformasında yayılan açıqlamasında qeyd olunub ki, İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyəti, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərliyi və xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə İslamabadda keçiriləcək danışıqlara qatılmaq üçün ölkəyə gəlib.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar tərəflərin konstruktiv şəkildə qarşılıqlı əlaqə quracağına ümid etdiyini bildirib. O, həmçinin Pakistanın “münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım göstərməyə davam etmək” istəyini bir daha vurğulayıb.
İzmedia.az
![]()

