ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqtonun İranla qarşıdan gələn danışıqlarda əsas tələbi Tehranın nüvə silahı əldə etməməsidir.
O, İranla mümkün razılaşmanın meyarı barədə sualı cavablandırarkən deyib:
“Nüvə silahı yoxdur, birincisi”. Tramp əlavə edib: “Nüvə silahı yoxdur — bu, 99% deməkdir”.
İran hakimiyyəti isə dəfələrlə bəyan edib ki, ölkə nüvə silahı əldə etməyə çalışmır.
İzmedia.az
![]()

