Britaniya ordusunda büdcə qənaəti: Ehtiyatda olan hərbçilərin xidmət müddəti azaldılır

1 Min Read
Böyük Britaniya Müdafiə Nazirliyi büdcə vəsaitlərinə qənaət etmək məqsədilə ehtiyatda olan əsgərlərin xidmət müddətini qısaldır. “The Daily Telegraph” nəşrinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, ordu ehtiyat bölmələrinin komandirlərinə ilin sonunadək xərcləri azaltmaq barədə tapşırıq verilib.
Ixtisarlar nəticəsində hər bir ehtiyatçının orta xidmət müddətinin 4-6 gün azalacağı gözlənilir. Bu qərarın təkcə hərbçilərin döyüş hazırlığına deyil, həm də mühüm milli infrastrukturun mühafizəsi və kiberhücumlarla mübarizə kimi kritik tapşırıqların icrasına mənfi təsir göstərəcəyi bildirilir.
Məlumata görə, analoji qənaət rejimi Kral Hərbi Hava Qüvvələri və Kral Donanması Ehtiyatlarına da həvalə edilsə də, ixtisarlar ən çox Ordu Ehtiyatlarına təsir göstərəcək. Qeyd edək ki, Britaniyada ehtiyatda olan hərbçilər adətən ildə minimum 27 gün xidmət keçirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş