ABŞ prezidenti Donald Tramp Vaşinqtonda “dünyanın ən böyük və ən gözəl Zəfər Tağı” adlandırdığı layihənin dizaynını “Truth Social” platformasında təqdim edib.
Amerika lideri bildirib:
“Bu gün mənim administrasiyam dünyanın ən böyük və ən gözəl zəfər tağının tikintisi üçün təqdimatı və planları Fəxri İncəsənət Komissiyasına rəsmi olaraq təqdim etdi”.
Birgə yayılan görüntülərdə layihənin Harrison Design tərəfindən hazırlandığı göstərilir. Layihədə qızılı elementləri olan açıq rəngli daşdan tağ, zirvədə yerləşən iki böyük rəngli metal qartal və mərkəzdə qanadlı, Azadlıq heykəli-nə bənzər qızılı fiqur yer alır.
Paylaşımın Truth Social üzərindən edildiyi bildirilib.
İzmedia.az
![]()

