Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və RDIF-in baş direktoru Kirill Dmitriyev hesab edir ki, Macarıstanda keçirilən parlament seçkilərinin nəticələri Avropa İttifaqının tənəzzülünü sürətləndirəcək.
O, X sosial şəbəkəsində britaniyalı ifrat sağçı fəal Tommi Robinsonun Macarıstanın seçki nəticələrinə görə “yıxılması” ilə bağlı fikirlərini şərh edərkən yazıb: “Bu, sadəcə Aİ-nin dağılmasını sürətləndirəcək. Dörd aydan sonra haqlı olub-olmadığımı yoxlayın”.
Qeyd edək ki, müxalifətdə olan Tisza Partiyası aprelin 12-də keçirilən parlament seçkilərindən sonra Macarıstan Milli Assambleyasında (birpalatalı parlament) 199 yerdən 138-ni qazanıb.
İzmedia.az
![]()

