Belçika və İspaniya Ukraynaya 1 milyard avro hərbi yardım ayıracaq

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Ukraynanın müdafiə naziri Mixail Fedorov Telegram kanalında bildirib ki, Belçika və İspaniya 2026-cı ildə hərbi ehtiyaclar üçün Kiyevə hər biri 1 milyard avro ayırmağı planlaşdırır.

O qeyd edib ki, bu məsələ ilə bağlı Belçikanın müdafiə naziri Teo Franken və İspaniyanın müdafiə naziri Marqarita Robles ilə müzakirələr aparılıb.

Fedorovun sözlərinə görə, Belçika Ukraynaya bu il müdafiə yardımı çərçivəsində 1 milyard avro ayıracaq. Eyni məbləğin İspaniya tərəfindən də ayrılacağı bildirilib.

Nazir həmçinin əlavə edib ki, Belçika Kiyevə əlavə F-16 qırıcı təyyarələrinin və mövcud təyyarələr üçün ehtiyat hissələrinin verilməsini də təsdiqləyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş