Kim Çen In raket esmineslərinin sınaqlarını izlədi

1 Min Read

Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In “Çoe Hyon” sinfinə aid raket esmineslərinin raket sınaqlarında iştirak edib.

Məlumata əsasən, Şimali Koreya lideri yüksək rütbəli müdafiə rəsmiləri və Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə birlikdə gəmidən iki strateji qanadlı raketin və üç gəmi əleyhinə raketin buraxılışını izləyib. Bildirilir ki, Qərbi Koreya körfəzi istiqamətində buraxılan raketlər hədəfləri “dəqiq zərbə” ilə vurub.

Sınaqların məqsədinin gəminin inteqrasiya olunmuş silah idarəetmə sistemini, atəş idarəetmə imkanlarını və təkmilləşdirilmiş naviqasiya sisteminin dəqiqliyini yoxlamaq olduğu qeyd olunub.

Təlimlərdən sonra Kim Çen In hazırda inşa edilən üçüncü və dördüncü “Çoe Hyon” sinifli esmineslərin silah sistemləri ilə tanış olub. O, hərbi-sənaye kompleksinin son nailiyyətlərindən “böyük məmnunluq” ifadə edib.

KCNA-nın məlumatına görə, Kim Çen In ölkənin nüvə çəkindirici gücünün davamlı olaraq gücləndirilməsini Koreya İşçi Partiyasının əsas prioriteti adlandırıb və strateji, eləcə də taktiki zərbə imkanlarının artırılması ilə bağlı yeni vəzifələr müəyyən edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş