Si Cinpin: Rusiya ilə əməkdaşlıq dəyişən dünyada daha da əhəmiyyətlidir

0 Min Read

Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, dəyişən beynəlxalq şərait fonunda Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır.

O, Pekində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı qeyd edib: “Dəyişən beynəlxalq vəziyyət qarşısında Rusiya və Çin arasında əməkdaşlıq əvvəlkindən daha dəyərlidir”.

Si Cinpin əlavə edib ki, o və Rusiya prezidenti Vladimir Putin münasibətləri “strateji səviyyədə” davam etdirir və bu dialoqun qorunub saxlanılmasına sadiqdirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş