Tramp: Orbanın məğlubiyyətindən narahat deyiləm, Peter Magyar yaxşı iş görəcək

1 Min Read

ABŞ prezidenti Donald Tramp ABC News müxbiri Conatan Karlaya açıqlamasında Macarıstanda baş verən siyasi dəyişikliklərə münasibət bildirib.

Tramp qeyd edib ki, Baş nazir Viktor Orbanın seçkilərdə məğlubiyyətindən narahat deyil və yeni seçilmiş hökumət başçısı Peter Magyar haqqında müsbət fikirdədir.

“Düşünürəm ki, yeni adam yaxşı iş görəcək, o, yaxşı adamdır”, – deyə Tramp bildirib.

O əlavə edib ki, seçki prosesinə vitse-prezident C.D. Vensin deyil, onun daha çox müdaxilə etməsinin nəticələri dəyişib-dəyişməyəcəyini dəqiq bilmir.

“Mən bu işdə o qədər də iştirak etməmişəm. O xeyli geridə idi. Axı Viktor yaxşı insandır”, – Tramp deyib.

Qeyd edək ki, Tramp seçki öncəsi Viktor Orbanı dəstəkləmiş, hətta Macarıstanda keçirilən mitinqdə qısa çıxış da etmişdi. Lakin seçkilərdə 16 illik Orban hakimiyyəti başa çatıb və mərkəz-sağ rəqib Peter Magyarın rəhbərlik etdiyi Avropayönlü qüvvələr qələbə qazanıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş