WSJ: Avropa ABŞ-ın NATO-dan çıxması ehtimalına qarşı “A planı” hazırlayır

1 Min Read

“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, Avropa ölkələri ABŞ-ın NATO-dan çıxacağı ehtimalına qarşı müdafiə qabiliyyətini qorumaq üçün alternativ plan üzərində fəal işləyir.

Məlumata görə, bu çərçivədə “Avropa NATO-su” modelinin yaradılması, rəhbər vəzifələrdə avropalıların rolunun artırılması və ABŞ hərbi texnikasının tədricən Avropa istehsalı ilə əvəz olunması nəzərdən keçirilir.

Bildirilir ki, layihənin hazırlanmasına ötən il başlanılıb, lakin ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və müttəfiqlərin bəzi müharibə ssenarilərində kifayət qədər dəstək verməməsi ilə bağlı tənqidlərdən sonra proses sürətlənib.

Mənbələrin sözlərinə görə, Avropa üçün əsas məqsəd ABŞ-ın NATO-da qalmasını təmin etməklə yanaşı, müdafiə yükünün daha böyük hissəsini öz üzərinə götürməkdir.

Plan çərçivəsində Avropa ölkələrinin sualtı qayıq əleyhinə sistemlər, kosmik kəşfiyyat və hava yanacaqdoldurma imkanları kimi sahələrdə istehsalı artırması da nəzərdə tutulur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş