ABŞ Senatı Prezident Donald Trump-ın ölkəni NATO-dan çıxarmaq təşəbbüsünü dəstəkləməyəcək.
İzmedia.az xəbər verir ki, bu barədə Senatda azlıq lideri Chuck Schumer açıqlama verib.
Şumer sosial şəbəkədə bildirib ki, Senat ABŞ-ın NATO-dan çıxmasına və müttəfiqlərini tərk etməsinə səs verməyəcək. O, həmçinin 2023-cü ildə qəbul edilən və prezidentin bu cür qərarı təkbaşına verməsinin qarşısını alan qanunu dəstəklədiyinə görə ABŞ dövlət katibi Marco Rubio-ya təşəkkür edib.
Söhbət ABŞ-ın NATO-dan çıxması üçün Konqresin, xüsusilə də Senatın üçdə iki səsinin tələb olunmasını nəzərdə tutan qanundan gedir. Bu qanun 2023-cü ilin dekabrında hər iki palata tərəfindən qəbul edilərək o zamankı prezident Joe Biden tərəfindən imzalanıb.
Qeyd edək ki, daha əvvəl ABŞ və Avropa İttifaqı ölkələri İrana qarşı hərbi əməliyyatlarda iştirak məsələsində fikir ayrılığı yaşamışdı. Buna cavab olaraq Tramp Avropa müttəfiqlərini tənqid edib və NATO-nu “kağız pələng” adlandırıb.
Aprelin 1-də verdiyi müsahibədə Tramp NATO-dan narazılığını bir daha ifadə edərək ABŞ-ın alyansdakı roluna yenidən baxa biləcəyini bildirib.
İzmedia.az
![]()

