Rusiya səfiri: Putin Hindistana, Modi isə Rusiyaya səfər edə bilər

1 Min Read

Rusiyanın Yeni Dehlidəki səfiri Denis Alipov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin bu ilin sonlarında BRICS sammitində iştirak etmək üçün Hindistana səfəri gözlənilir.

Diplomat WION televiziyasına müsahibəsində qeyd edib ki, sentyabr ayında Hindistanda keçiriləcək sammitdə Putinin iştirakı planlaşdırılır. Eyni zamanda, Hindistanın Baş naziri Narendra Modinin də bu il Rusiyaya səfəri gözlənilir.

Alipovun sözlərinə görə, Modi Rusiyada keçiriləcək ikitərəfli sammitdə iştirak etmək üçün dəvət alıb və Moskva onu qəbul etməyə hazırlaşır. O xatırladıb ki, 2000-ci ildən etibarən iki ölkə liderlərinin qarşılıqlı səfərləri və sammitləri ənənəvi xarakter daşıyır.

Səfir Rusiya ilə Hindistan arasında münasibətləri “çox əhatəli, xüsusi və imtiyazlı strateji tərəfdaşlıq” kimi xarakterizə edib. Onun sözlərinə görə, bu əməkdaşlıq iqtisadi, siyasi, mədəni və humanitar sahələri əhatə edir və davamlı şəkildə inkişaf edir.

Alipov əlavə edib ki, tərəflər gələcək əməkdaşlıq üçün aydın strateji baxışa malikdir və bu münasibətlər hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş