ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsində israrlıdır – Vens

1 Min Read

ABŞ-nin vitse-prezidenti J. D. Vance bildirib ki, Vaşinqton İranın bütün zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a təhvil verməsində israr edir.

O, Fox News telekanalına verdiyi müsahibədə qeyd edib ki, ABŞ eyni zamanda İranın Hörmüz boğazı üzərindən naviqasiyanı bərpa etmək üçün addımlar atmasını gözləyir. Vensin sözlərinə görə, bu tələbin yerinə yetirilməməsi danışıqların gedişatını kökündən dəyişə bilər.

Vitse-prezident əlavə edib ki, Vaşinqton və Tehran arasında keçirilən son danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş