Slovakiya “Drujba” kəməri ilə bağlı təminat olmadan yeni sanksiyaları dəstəkləməyəcək

1 Min Read

Slovakiya “Drujba” neft kəmərinin bərpası üçün zəmanət almayana qədər Avropa İttifaqı tərəfindən hazırlanacaq Rusiya əleyhinə 20-ci sanksiya paketini dəstəkləməyəcək.

Trend-in ČTK-ya istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın xarici işlər və Avropa işləri naziri Yuray Blanar bildirib.

Nazir qeyd edib ki, Bratislava neft təchizatı ilə bağlı məsələ həll olunmadan yeni məhdudiyyətləri dəstəkləməyəcək. Bununla yanaşı, Slovakiyanın Ukraynaya 90 milyard avroluq kreditin verilməsinə mane olmayacağı da vurğulanıb.

Daha əvvəl Ukraynanın “Drujba” boru kəməri ilə Slovakiya və Macarıstana neft tranzitini dayandırdığı, buna cavab olaraq isə Slovakiya hökumətinin fövqəladə vəziyyət elan etdiyi və Ukraynaya elektrik enerjisi ixracını dayandırdığı bildirilmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş