Çin Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırıb

1 Min Read

Çinin xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazında normal gəmiçiliyin bərpasına çağırıb.

Çin Xarici İşlər Nazirliyi-nin məlumatına görə, Vanq Yi İranın suverenliyinə və təhlükəsizliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb, eyni zamanda naviqasiya azadlığı və təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini qeyd edib.

O bildirib ki, beynəlxalq ictimaiyyət boğazda sabitliyin qorunmasında maraqlıdır və Çin regionda gərginliyin azaldılması və münasibətlərin yaxşılaşdırılması üçün səyləri davam etdirməyə hazırdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş